Sizin Reklam Burada

Tehran azərbaycanlıların ovuna çıxıb

Tehran azərbaycanlıların ovuna çıxıbİran və Azərbaycan arasında münasibətlərdə yaşanan gərginlik regional və qlobal baş verən hadisələrlə bağlıdlr.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elşən Manafov”Xalq Cəbhəsi”nə bildirib.

Politoloq qeyd edib ki, İ.Əliyevin prezidentliyinin ikinci ilində, 2005-ci ildə İran və Azərbaycan arasında hücum etməməklə bağlı müqavilə imzalandıqdan sonra tərəflər arasında münasibətlər qarşılıqlı inam və etimad müstəvisi üzərində yüksəlməyə başlandı: “Dövlətlər bir-birilərinə hücum etməyəcəkləri barədə müqaviləyə imza atmışdılar. Bundan sonra tərəflər öz ərazilərindən üçüncü bir tərəfin hücum etməyəcəyi ilə bağlı öhdəlik götürmüşdülər. Lakin Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra hər şey tədricən dəyşməyə başladı. İran Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcəyi təqdirdə Ermənistanla münasibətlərinin məhdudlaşacağından ehtiyat edir və açıq şəkildə bəyan edir ki, o buna yol verməyəcək. ABS-la ciddi əməkdaşlıq edən Pasinyan iqtidarının dəhliz vasitəsilə bölgədəki geosiyasi regional Qərbin xeyrinə dəyişməyə cəhd edəcəyindən də rəsmi Tehran narahat olur, nəhayət, Azərbaycanın İsraillə əməkdaşlığı Tehranı məmnun etmədiyindən o rəsmi Bakını dolayısı yolla da olsa Tehran əleyhinə onu qane etməyən regional siyasət yürütməkdə suçlayır. Bütün bunlar Tehranın Azərbaycana yönəlmiş siyasətinin bəzi korrektələrin edilməsinə səbəb olmuş, “əcinnə ovu”nun başlanmasına rəvac vermişdir. Casusluqda ittiham olunaraq şərlənən və tutulan Azərbaycan vətəndaşları Tehrandakı səfirliyimizə olan hücum artıq Tehranın Azərbaycanla bağlı siyasətində kardinal dəyişikliklərə getməyindən xəbər verirdi”.

Poliotoloqun fikrincə,rəsmi Bakının adekvat olaraq atdığı addımlar bu mənada cavab gedişləri effekti doğurmuş, "yumşaq hücum" taktikası davam etdirilmişdir. Əslində isə bütün bu gərginliyin fonunda Qərb imperilizminin "'parcala və hokm sür" siyasətini necə böyük məharətlə həyata keçirdiyini sezməmək mümkün deyil. Müharibədən bir qədər sonra ETALLAT-ın bölgədəki təxribat hərəkətləri sərhədlərimiz yaxınlığında təlimlər keçirməsi rəsmi Bakı tərəfindən təxribat olaraq qiymətləndirdi. Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən narkotik cinayətində, habelə dini radikalizmi yayan şəxslərin tutularaq zərərsizləşdirilməsi də münasibətlərə təsirsiz ötüşmədi. Bununla belə 2022-ci ilin oktyabrı üçün dövlətlərarası ticarət dövriyyəsinin həcmi 1,2 milyadr dolar keçmişdir, bu isə münaqişənin davam və inkişaf etdirilməsi üçün yaxşı zəmindir:

“İran-Azərbaycan münasibətlərində Qərbin yumşaq müdaxiləsi ilə yaşanan gərginliyin əsas səbəbi Simal Cənub dəhlizinin reallaşmasının qarşısının alınmasıdır, zira bu dəhliz Rusiyanın bölgəyə iqtisadi və loqistika konteksində nüfuzunun artmasına səbəb ola biləcəyindən Qərb İsrail vasitəsilə bu layihənin gercəkləşməsinin qarşısını almağa cəhd göstərir, zira Astara Rəşt yolunun Azərbaycan ərazisindın keçəcəyi bəllidir, deməli, məhz bu istiqamətdə problem yaratmalı Rusiyanın bu yolla ərəb dünyasına, Çin və Hindistana olan yolunu əngəlləmək lazımdır və etiraf etmək lazımdır ki, Qərb müəyyən mənada buna nail olmağın bir addımlığında idi, belə ki, yolun maliyyə məsrəfləri üçün ilk olaraq kreditləri Azərbaycan ayırmağa hazır idi, lakin süni olaraq İranla münasibətlərdə yaranan gərginlik bu layihənin gerçəkləşməsini ləngitdi, Rusiya yolun maliyyə məsrəfləri üçün kredit ayıtscağını bəyan etdikdən sonra isə bu yolun çəkiləcəyi şübhə doğurmur, bu isə belə bir fikri səsləndirməyə əsas verir ki, Putin burada da Qərbin məkrli gedişinin qarşısını almağa nail oldu. Azərbaycanın isə öz ərazisindən loqistik imkanlar baxımından mənfəət götürəcəyi isə birmənalıdır, perspektivdə qarşılıqlı mənfəət və etimad münasibətlərdəki gərginliyin səngiməsinə öz tohfəsini verəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər