Azərbaycanlı diplomat Bərzani ilə görüşdü
Dərc olunub:
8-06-2023, 12:50
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov Ərbildə İraq Kürdüstan regionunun Prezidenti Beçirvan Bərzani ilə görüşüb.
Bu barədə Nəsir Məmmədov Tvitter paylaşımında bildirib.
O, tərəflərin Azərbaycanla İraq Kürdüstan regionu arasında əlaqələrin gücləndirilməsi yollarını, daha yaxın siyasi və iqtisadi əlaqələrin yaradılmasını müzakirə etdiklərini qeyd edib.