Sizin Reklam Burada

Ərdoğan Putinlə danışdı - Təfərrüat

Ərdoğan Putinlə danışdı - TəfərrüatTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

Axar.az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə dair müzakirələr aparılıb. Kaxovka bəndinin partladılması ilə bağlı heç bir şübhəyə yer qoymayacaq əhatəli təhqiqat aparılmasının önəmini qeyd edən Ərdoğan Türkiyənin bununla əlaqədar üzərinə düşəni etməyə hazır olduğunu deyib.

Türkiyə lideri taxıl sazişinin qlobal qida böhranının qarşısının alınmasında həyatı rol oynadığını diqqətə çatdırıb, həmçinin Rusiya taxıl və gübrəsinin ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün göstərilən cəhdlərin fayda verdiyini bildirib.

Türkiyənin ədalətli sülhün bərqərar olması istiqamətində səy göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayan Ərdoğan döyüşlərin sona çatması üçün hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər