Ukrayna cəbhə xəttini yardı, təcili 200 min əsgər lazımdır

Ukrayna cəbhə xəttini yardı, təcili“Vaqner”in rəhbəri Yevgeni Priqojin Ukraynanın əks-hücumu zamanı Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin itiriləcəyini proqnozlaşdırıb. O, bunun qarşısını almaq üçün ona 200 min əsgər ayrılmasını xahiş edir.

Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.

“Vaqner” - bu gün təyyarələr, helikopterlər, tanklar, artilleriya və lazım olan hər şeyə sahib olan yeganə tamhüquqlu ordu quruluşudur. Nəsə etməyə qadirdir. Dedim ki, mənə 200 min adam lazımdır. Luqansk-Donetsk cəbhə xəttində 200 mindən az adam olsa, döyüşün öhdəsindən gələ bilməyəcəyik. Biz bütün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”, - o bildirib.

Priqojin Putini Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşçülərin cəlb edilməsi üçün ümumi səfərbərlik elan etməyə çağırıb:

“Onların hazırlanması ən azı üç ay çəkəcək, əks halda onlar yem olacaq. Təcili hərəkətə keçmək lazımdır, çünki Ukrayna Silahlı Qüvvələri artıq müdafiə xəttini yarıb”.

O, növbəti dəfə Müdafiə Nazirliyini tənqid edib və bildirib ki, idarənin rəhbərliyi vəziyyətin ciddiliyini dərk etmir və onu düzəltmək iqtidarında deyil:

“İndi biz ciddi itkilər verəcəyik, buna tam əminəm. Əlbəttə ki, ərazilərin bir hissəsini itirəcəyik. Baxmutun şimalındakı Razdolivka yaxınlığındakı mövqelər artıq itirilib və Zaporojye istiqamətində baş verənləri ümumilikdə fəlakət kimi xarakterizə etmək olar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər