Rusiyada içkidən 29 nəfər öldü, azərbaycanlı həbs edildi
Dərc olunub:
7-06-2023, 08:02
Rusiyada “Mister sidr” alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb.
Axar.az xəbər verir ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.
Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb. Hazırda daha 61 nəfər eyni içkidən zəhərlənmə diaqnozu ilə müalicə olunur.
Zəhərlənmə halları Nijni Novqorod, Samara, Ulyanovsk, Udmurtiya və Penza vilayətlərində qeydə alınıb.
Son xəbərlər