Sizin Reklam Burada

SEPAH gəmini ələ keçirmək istədi, ABŞ ordusu cavab verdi

SEPAH gəmini ələ keçirmək istədi, ABŞ ordusu cavab verdiİyunun 4-ü günortadan sonra İran İnqilab Keşikçiləri Korpusunun sürətli qayıqları Hörmüz boğazında hərəkət edən ticarət gəmisini ələ keçirməyə çalışıblar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ və Britaniyanın bölgədəki donanması ticarət gəmisinin yardım çağırışına cavab verib:

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS McFall” esminesi, eləcə də bölgədə mövcud olan Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Lancaster” freqatı ticarət gəmisinin yardım tələbinə cavab verib. İngilis freqatı, bir helikopter və “USS McFall” esminesi bu gəminin olduğu yerə dəniz patrul təyyarəsi göndərib. Gəmiyə kömək etmək üçün müdaxilə edildikdən sonra SEPAH qayıqları bölgəni tərk edib".

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması tərəfdaşları ilə birgə dünyanın neft ixracının 20 faizinin keçdiyi Hörmüz boğazı ətrafında müdafiəni gücləndirdiyini vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər