"Rusiya İrandan PUA tədarükünü artırıb" - Ukrayna HHQ
Dərc olunub:
1-06-2023, 13:20
Rusiya İrandan pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü artırıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.
Onun sözlərinə görə, ruslar Ukraynaya hücum zamanı rekord sayda “Shahed” PUA-sından istifadə etməyə başlayıblar: “Qarşı tərəf PUA-larla hücumu gündəlik rejimdə həyata keçirmək istəyir. Hazırda Rusiya İrandan kifayət qədər PUA alır”.