Çavuşoğlu Abdullahianla danışdı
Dərc olunub:
1-06-2023, 07:56
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Avrasiya.net xəbər verir ki, XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər.
Abdullahian seçkilərdəki qələbə münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb.