DEVA və Gələcək Partiyasının deputatları CHP fraksiyasından istefa verdi

DEVA və Gələcək Partiyasının deputatları CHP fraksiyasından istefa verdiMəlum olduğu kimi, Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində müxalifətin "Millət İttifaqı"na daxil olan siyasi partiyalar iki proporsional siyahı ilə iştirak etmişdi. Belə ki, ittifaqa daxil olan İYİ Partiya müstəqil proporsional siyahı ilə, Cümhuriyyət Xalq Partiyası, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiya və DEVA Partiyası isə vahid siyahı ilə CHP loqosu altında seçkilərə qatılmışdı.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə CHP siyahısından parlamentə düşən 169 deputatdan sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlunun Gələcək Partiyasının üzvü olan 10 və keçmiş iqtisadiyyat naziri və XİN başçısı Ali Babacanın DEVA Partiyasının üzvü olan 15 parlamentari CHP fraksiyasından istefa veriblər.

Qeyd edək ki, bir müddət əvvəl Gələcək, Səadət, Demokrat və DEVA Partiyalarının birgə müstəqil parlament fraksiyası formalaşdırması məsələsi gündəmdə idi. Hələlik bu mövzuda yekun qərar ictimaiyyətə açıqlanmayıb.

Türkiyə qanunvericiliyinə əsasən, parlament farksiyası yaratmaq üçün partiyanın minimum 20 deputatı olmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər