Ukrayna Rusiyanı atəşə tutdu: yaralılar var

Ukrayna Rusiyanı atəşə tutdu: yaralılar varŞebekino şəhərinə (Belqorod vilayəti) kütləvi zərbələr endirilib. Zərbə yerli vaxtla saat 03:15-də endirilib, 4 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.

“Qrad mərmiləri 8 çoxmənzilli, 4 fərdi təsərrüfat, o cümlədən məktəb və 2 inzibati binanın pəncərələrini sındırıb, fasadları və dam örtüyünü deşib. Bir mağaza tamamilə yanıb. 12 avtomobildə müxtəlif zədələr var. Bu gündən başlayaraq biz uşaqları Şebekino və Qrayvoron rayonlarından çıxarırıq. Bu gün üç yüz uşaq Voronejə göndəriləcək”, - o bildirib.

Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib:

“Bu səhər biz 2 dəfə atəşə tutulduq. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Elektrik xətləri zədələndiyi üçün bəzi küçələrdə işıq yoxdur. Təmir briqadaları təhlükəsiz olan kimi bərpa işlərinə başlayacaqlar. Frunze küçəsində 4 evin dam örtüyü və fasadları qəlpələrdən zədələnib, pəncərələri sındırılıb. Bundan başqa, 2 avtomobilə ziyan dəyib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər