“Biz öhdəliklərimizi yerinə yetirdik, Türkiyənin qərarını gözləyirik”

“Biz öhdəliklərimizi yerinə yetirdik, Türkiyənin qərarını gözləyirik”“Türkiyə - İsveç - Finlandiya arasında imzalanan memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirdik, indi Türkiyənin qərarını gözləyirik”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

Onun sözlərinə görə, Stokholm ilə Ankara arasında NATO-ya üzvlük məsələsi ilə bağlı təmaslar davam edir:

“Keçən bazar günü keçirilən ikinci tur prezident seçkilərdən sonra əlaqələrimiz olub. Memorandumun tələblərini yerinə yetirdik. Terrorla mübarizədə yeni qanun hazırlanıb. Onun sonuncu hissəsi əslində iyunun 1-dən, yəni sabahdan sonra qüvvəyə minir. Bu mühüm addımdır. Beləliklə, üçtərəfli memorandum çərçivəsində türk dostlarımıza dediklərimizi etdik. Bu çox vacibdir. Biz onun narahatlığına əsaslı səbəb olduğunu qəbul etdik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər