Emin Ağalarov atasının şirkətindən getdi
Dərc olunub:
30-05-2023, 10:57
Xalq artisti Emin Ağalarov atası Araz Ağalarova məxsus “Crocus Group” şirkətindən getdiyini bildirib.
Ağalarov bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bundan sonra öz layihələri üzərində işləyəcək:
“Atamla danışdıq və vəzifələrimin şirkətin aparıcı top-menecerləri arasında bölüşdürülməsinə dair birgə qərar verdik. Hazırda kurort şəhəri “Sea Breeze”, fitnes klublar şəbəkəsinin inkişafı, eləcə də restoranlar şəbəkəsi kimi layihələrimlə məşğulam”, - Ağalarov bildirib.
Qeyd edək ki, Emin Ağalarov 2001-ci ildən “Crocus Group”da işləyirdi.