Ukraynaya verilən “Leopard”ların sayı açıqlandı
Dərc olunub:
30-05-2023, 10:44
Ukrayna Silahlı Qüvvələri Qərbdən Almaniya istehsalı olan 60-a yaxın “Leopard” tankı alıb.
Bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikov bildirib ki, “Leopard” tanklarının tədarükü üçün koalisiyaya Almaniya, Polşa, Niderland, İsveç, Portuqaliya, İspaniya və Kanada daxildir:
“İndi Ukrayna ordusunda “Leopard” tankından ibarət iki batalyon var”.