Moskvada partlayışlar - Mer PUA ilə hücum edildiyini deyir

Moskvada partlayışlar - Mer PUA ilə hücum edildiyini deyirMoskva meri Sergey Sobyanin şəhərə pilotsuz uşuş aparatları (PUA) ilə hücum edildiyini iddia edib.

O, bu barədə o, özünün teleqram kanalında yazıb.

Mer PUA hücumu nəticəsində şəhərdə itki olmadığını qeyd edib. Məlumata görə, hücum mayın 30-da səhər saatlarında baş verib.

Onun sözlərinə görə, PUA hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib. O əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir.

Bundan əvvəl teleqram kanallarında Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verdiyini bildirib.

Rusiya hakimiyyətinə yaxın "Baza" teleqram kanalı yazıb ki, Moskva yaxınlığındakı Odintsovo sakinləri partlayış səsləri barədə məlumat verirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər