Paşinyan da Ərdoğanı təbrik etdi
Dərc olunub:
28-05-2023, 23:50
Ermənistanın Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.
Avrasiya.net xəbər verir ki, bu barədə baş nazir tvitter hesabında bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirik. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”,- deyə Paşinyan bildirib.