Sizin Reklam Burada

Ərdoğan yeni müjdəli xəbərlərdən danışıb

Ərdoğan yeni müjdəli xəbərlərdən danışıb“Gündə 100 min barel neft hasil edəcəyik”.Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan A Haber-in canlı yayımında enerji sahəsində atılan addımlar barədə danışarkən deyib.

Ərdoğan neft və təbii qazla bağlı ümidverici mənzərədən və yataqların tapılması istiqamətində aparılan işlərdən bəhs edib.

“Yaxşı ehtiyat mənbələri tapsaq, həm Orduda, həm də Rizədə çox fərqli bir potensial əldə etmiş olacağıq”, - deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan digər tərəfdən enerji sahəsində müxtəlif variantların olduğuna diqqət çəkib.

“Ehtiyat mənbələri vacib əhəmiyyət kəsb edir. Ordu və Rize məsələmiz var. Birində neft, birində təbii qaz var. Yaxşı ehtiyat mənbələri tapsaq, çox fərqli potensial əldə edəcəyik. İlk 1 ayı ödənişsiz etdik. 1 il ərzində 25 kubmetri pulsuz verəcəyik. Bunun Prezidentin hədiyyəsi olduğunu qeyd ediblər. Qara Dənizin qərb bölgəsindəki axtarışlarımızı Mərkəzi və Şərqi Qara dəniz bölgələrinə istiqamətləndirdik. Ordu və Kastamonuda axtarışlarımız davam edir. Ən böyük kəşfimizi Şəhid Aybüke Yalçında etdik. Gündə 100 min barel neft hasil edəcəyik. Hazırda bu rəqəm 20 min bareldir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mənbə: A Haber

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər