Sizin Reklam Burada

Ermənistan MN etiraf etdi: iki əsgəri itkindir...

Ermənistan MN etiraf etdi: iki əsgəri itkindir...Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, nəticədə 2 erməni hərbi qulluqçu saxlanılıb, qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Avrasiya.net xəbər verir ki, məlumat yayıldıqdan dərhal sonra Ermənistan MN bunu təkzib edərək, hər hansı diversiya həyata keçirmədiyini elan etmişdi.

Az öncə isə Ermənistan MN növbəti açıqlama yaymağa məcbur olub. Ermənistan MN diversiyanı bir daha inkar etsə də, iki əsgərinin “itkin düşdüyünü” bildirib.

“Hərbçilərin Azərbaycan tərəfə keçməsi istisna edilmir”, - Ermənistan MN-in açıqlamasında deyilir.

Qeyd edək ki, Ermənistan MN-in bu açıqlamasının özü belə gülüncdür. Çünki Azərbaycan DSX faktiki olaraq iki erməni diversantın saxlanıldığını rəsmən elan edib. Bunun ardınca əsgərlərin “Azərbaycan ərazisinə keçməsinin istisna olunmaması" barədə vurğu nəyə hesablandığı məntiqini anlamaq olmur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər