ABŞ generalı: Rusiya qalib gəlməyəcək

ABŞ generalı: Rusiya qalib gəlməyəcəkGeneral Milli Rusiyanın Ukrayna üzərində qələbəsini istisna edib.

Musavat.com xəbər verir ki, ABŞ Baş Qərargah rəisi Mark Milli bu barədə mətbuat konfransında deyib.

"Rusiya bu müharibədə qalib gəlməyəcək. Rusların qarşılarına qoyduqları bütün məqsədlər havada yox oldu. Ola bilsin ki, Putinin indi Donetsk və Luqansk vilayətlərini ələ keçirmək məqsədi var, lakin bu məqsədlərə nail olmaq mümkün deyil. Ukraynanın strateji məqsədləri isə bütün ərazilərini azad etməkdir, bu isə yaxın vaxtlarda mümkün olmayacaq. Çünki hazırda Ukrayna ərazisində yüz minlərlə rus əsgəri var”, - Milli deyib.

ABŞ generalının sözlərinə görə, tərəflər danışıqlar masası arxasında razılığa gələ bilərlər, əks halda hər şey döyüş meydanında həll olunacaq.

Milli vurğulayıb ki, bu ssenarilərdən biri baş verənə qədər ABŞ müttəfiqləri ilə birlikdə Ukraynaya əzmlə kömək etməyə davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər