Sizin Reklam Burada

Oğan əsəbiləşdi: İlham Əliyev mənə zəng etməyib!

Oğan əsəbiləşdi: İlham Əliyev mənə zəng etməyib!Mənə Azərbaycan Prezidenti İlham Əliyevdən hər hansı ismarış gəlməyib.

Bu sözləri ATA İttifaqının Türkiyə prezidentliyinə keçmiş namizədi Sinan Oğan “TRT Haber”ə müsahibəsində deyib.

“İlham Əliyev mənə zəng etməyib. Əliyevin belə bir addım atacağı ağlımın ucundan da keçməz. Bizim turançı ruhumuzun ənənəsidir. Könül bağı başqadır. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz.

Mənim neft quyumlarımın olduğunu deyirlər. Bizim seçki təşviqatı zamanı avtobusumuzun yanacağı bitmişdi, yanacaqdoldurma məntəqəsinin sahibi yanacağı bizə ödənişsiz verdi. Öz avtobusumusun yanacağı belə yox idi. Kənara qoyun bu iddiaları...” - deyə S.Oğan bildirib.

Qeyd edək ki, Türkiyənin bəzi siyasi dairələri, eləcə də Qərbə bağlı bəzi jurnalist çevrələr Sinan Oğanın guya məhz İlham Əliyevin istəyi ilə Cümhur İttifaqını, Prezident Rəcəb Tayyib Ərdoğanı II turda dəstəklədiyini iddia edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər