Sizin Reklam Burada

Ərdoğan Kılıçdaroğlunu qabaqladı - SORĞU

Ərdoğan Kılıçdaroğlunu qabaqladı -Türkiyənin anket şirkətləri mayın 28-də keçiriləcək ikinci tur prezident seçkiləri ilə bağlı sorğuları davam etdirir.

Avrasiya.net xəbər verir ki, son olaraq "Asal Araşdırma" anket şirkəti rəy sorğusu keçirib.

Məlumata görə, sorğuda 26 vilayət üzrə 2184 nəfərin rəyi öyrənilib. Sorğunun nəticəsinə görə, Cümhuriyyət Xalq Partiyasının sədri, "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında səs fərqi 7 faizdir.

Belə ki, respondentlərin 53,4 faizi Rəcəb Tayyib Ərdoğana, 46,6 faizi isə Kamal Kılıçdaroğluna səs verib.

Qeyd edək ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

Mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər