Sizin Reklam Burada

“İLK HƏDƏFİMİZ PUTİNİ ÖLDÜRMƏKDİR” - Ukrayna kəşfiyyatının siyahısında daha kimlər var?

“İLK HƏDƏFİMİZ PUTİNİ ÖLDÜRMƏKDİR” -“Ukrayna kəşfiyyatının sui-qəsd siyahısındakı ilk hədəf Vladimir Putindir. Ona görə ki, bütün bu baş verənləri o koordinasiya edir və son qərarı özü verir”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski Almaniyanın “Die Welt” nəşrinə mesahibəsində deyib.

Rusiya Prezidenti Vladimir Putini öldürməyə çalışdıqlarını etiraf edən Skibitski bunun o qədər də asan olmadığını bildirib:“Putinə sui-qəsd etmək çətindir. Çünki rus despotu hər nə qədər “başını çölə çıxarmağa” çalışsa da, daha çox qapalı yerlərdə olur. O, bəzən ictimaiyyət arasında görünsə də, biz onun Putin olub-olmadığından əmin deyilik. Ancaq Putin ona getdikcə yaxınlaşdığımızı görür. Putin həmçinin, öz xalqı tərəfindən öldürülməkdən də çox qorxur”.
Ukraynalı komandir hədəflərindəki digər şəxslərin də adlarını açıqlayıb:“Bu siyahı olduqca genişdir. Çünki hər kəs Ukrayna meharibəsindəki hərəkətlərinə görə cavab verməlidir. Siyahıda – “Vaqner”in qurucusu Yevgeni Priqojin, müdafiə naziri Segey Şoyqu, rus komandir Sergey Surovik, Çeçenistan lideri Ramzan Kadırov, eləcə də digər yüksək rütbəli rus hərbi komandirlər var”.

AzPolitika.info

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər