Sizin Reklam Burada

Kılıçdaroğlu narahatdır - Video qalmaqalı böyüyür

Kılıçdaroğlu narahatdır - Video qalmaqalı böyüyürTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə bağlı dedikləri gündəm olub.

O, Kılıçdaroğlunun terrorçularla videosunun olduğunu deyib.

"Kılıçdaroğlunun Kandildəkilərlə videoları var, bunları yayımladılar. Amma montaj, amma elə, amma belə... Terrorçuların liderləri video çəkərək CHP-yə dəstək verdi. İndi bunlar gənclərimizin iti zəka məhsulu olan 5 saniyəlik videosuna arsızca reaksiyalar verirlər. Terrorçular dəstəklərini aşkar nümayiş etdirdilər. Əlbəttə ki, bunu atalarının xeyri üçün etmədilər", - Ərdoğan çıxışında bildirib.

Kılıçdaroğlu isə sözügedən videonun montaj və saxta olduğunu vurğulayıb, sərt ittihamlar səsləndirib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın video ilə bağlı Kılıçdaroğlunun açıqlamasına reaksiya verib: "Bir qrup iti zəkalı gəncin planlaşdırdığı videodur. Videoda bir araya gətirilən ünsürlər gerçəkdir. Əsas məsələ PKK-nın (terror təşkilatı) kadrlarının bu açıqlamaları verib-vermədiyidir. Bunu soruşmaq lazımdır. Bir ay yarımdır ki, PKK kadrlarının ard-arda cənab Kılıçdaroğluna dəstək açıqlamaları verdiyini bilirik. Terror qruplaşması sizin lehinizə açıqlamalar verib. Təbii olaraq narahat olursunuz. Birinci turda bunlarla bağlı biz bir şey eşitdikmi?

Cənab Kılıçdaroğlunun narahat olduğunu bilirəm. Ancaq səssiz qalındı. Bu narahatlığını birinci turda dilə gətirməli idi, ancaq indi bununla bağlı danışır. Bunu Xalqların Demokratik Partiyası(HDP) ilə danışsın. İnsanlar haqlı olaraq etiraz edir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər