Sizin Reklam Burada

Oğanın səsi Ərdoğan üçün həlledici olacaqmı?

Oğanın səsi Ərdoğan üçün həlledici olacaqmı?Türkiyədə prezident seçkilərinin II turunda Ərdoğan-Kılıçdaroğlu yarışında iki önəmli faktor həlledici ola bilər.

Birincisi, Sinan Oğanın kimi dəstəkləməsi idi: ki, seçimini Ərdoğandan yana etdi və bu, Oğanın qazandığı 5,2 faizlik səsin hamısının arxasınca aparacağı demək olmasa da, nəticəyə təsir edəcək;

- Səslərin 1 faizinin belə Ərdoğana getməsi qələbəni təmin etməyə imkan verir;

- ATA İttifaqında yer almış Zəfər Partiyası Millət İttifaqını dəstəkləsə belə, Kılıçdaroğlunun ala biləcəyi səslər bölünür;

İkincisi və ən önəmlisi, seçki psixologiyasıdır: bir tərəfdə parlament seçkilərini qazanan və 49,5 faiz səslə önə keçən Ərdoğan, digər tərəfdə bütün problemlərə və altı partiyanın, üstəgəl, HDP-nin səsi ilə qazana bilməyən, parlament seçkilərini də uduzan Kılıçdaroğlu var; bu situasiya Ərdoğan tərəfdarlarında psixoloji üstünlük, Kılıçdaroğlu tərəfdarlarına inamsızlıq yaradır və bunun II turda nəticəyə təsiri olacağı gözləntisi az deyil:

a) I turda uduzan Kılıçdaroğlunun “onsuz da qazanmayacağı” düşüncəsi ilə seçkilərə getməyənlər olacaq;

b) Kılıçdaroğlunun namizədliyinə əvvəldən qarşı çıxan CHP-çilər də daxil olmaqla “altılı masa” tərəfdarları arasında “etiraz səsləri” Ərdoğana gedə bilər.

Seçkiyə sayılı günlər qalmış fors-major situasiya baş verməsə, Kılıçdaroğlunun işi çətin görünür. Və I turdan öncə apardığı kampaniya ilə II turdan öncə apardığı kampaniya arasındakı ziddiyyətlər, xüsusilə millətçiliyə U dönüşü əleyhinə onun işləyə bilər.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər