Sizin Reklam Burada

Putin bu ölkədəki 3 milyardlıq villasından imtina ETDİ - FOTO

Putin bu ölkədəki 3 milyardlıq villasından imtina ETDİ - FOTOUkraynadakı müharibəyə görə, Qərbin sanksiyalarına məruz qalan Rusiya lideri Vladimir Putin Finlandiyada tikilən 3,2 milyard dollarlıq villasından imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə "Businnes Insider" nəşri məlumat yayıb.

Belə ki, Finlandiyanın Saimaa gölünün sahilində yerləşən villanı Putinin yaxın dostu tərəfindən tikilib.

Şərab anbarı, bilyard otağı, hovuzu, saunası və 8 ayrı hamamı olan üç mərtəbəli villanın tikintisinin Putinin Finlandiyada balıq tutmaqla maraqlanmadığı anlaşılandan sonra yarımçıq qaldığı bildirilib.

Villanı tikən şəxsin Putinin Leninqrad Dövlət Universitetindən olan yaxın dostu Viktor Kemarin olduğu iddia edilib. Qeyd olunub ki, Rusiyanın ən böyük hidroelektrik şirkətinin rəhbəri olan Kemarin villanı Rusiya lideri ilə daha çox vaxt keçirmək üçün tikdirib, tikinti və təhlükəsizlik üçün minlərlə dollar xərcləyib.

Rusiyadakı müxalifət mediası daha əvvəl Putinin Rusiya və Finlandiya da daxil olmaqla müxtəlif ölkələrdə dəbdəbəli iqamətgahları gizlətdiyini iddia etmişdi. Ötən həftə Putinin Qara dəniz sahilindəki dəbdəbəli iqamətgahına bağlı gizli bunkerin görüntüləri ortaya çıxmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər