Sizin Reklam Burada

Paşinyan oğlunun oğurlanması cəhdinə münasibət bildirib

Paşinyan oğlunun oğurlanması cəhdinə münasibət bildirib“Oğlumun şikayət ərizəsini geri götürməsini istəməmişəm, o, öz qənaəti ilə məni bu imkandan məhrum edib”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, oğlundan onun qaçırılması cəhdi ilə bağlı şikayət ərizəsini geri götürməsini istəmədiyini vurğulayıb: “Bu məsələ ilə bağlı birinci danışığımızda Aşot məni bu xahiş və müraciətdən məhrum edib”.

N.Paşinyan əlavə edib ki, hadisə baş verən zaman ölkədə olmayıb: “Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam”?

Baş nazirin sözlərinə görə, A.Paşinyan daha sonra bildirib ki, bütün vətəndaşların problemləri məhkəmə qaydasında həll edilməlidir.

N.Paşinyan deyib ki, bundan sonra oğlundan məsələ ilə bağlı xahiş etməyə heç bir arqumenti qalmayıb.

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir N.Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyasına keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər