star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ərdoğan xaricdəki seçicilərə çağırış etdi

Ərdoğan xaricdəki seçicilərə çağırış etdiXaricdə yaşayan əziz vətəndaşlarım, seçkinin ilk turunu rekord fəallıqla uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mənə və Cümhur İttifaqına böyük lütf göstərdiniz. Siz terror təşkilatı üzvlərinin sizi qorxutmağına, təzyiq göstərməyinə və iradənizi qəsb etmə cəhdlərinə boyun əymədiniz. Türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan (20 may) xaricdə və gömrük qapılarında səsvermə başlayır. Sizləri olduğunuz ölkələrdə seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyə çağırıram. Bu sınaqdan alnı açıq çıxacağımıza ürəkdən inanıram”, - Ərdoğan bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər