Sizin Reklam Burada

Güneylilər “Xordad qiyamı”nı anmağa hazırlaşır

Güneylilər “Xordad qiyamı”nı anmağa hazırlaşır2006-cı ildən başlayaraq, hər il Güney Azərbaycanda mayın 22-i Milli Qiyam Günü olaraq yad olunur. “Xordad qiyamı” adlandırdığımız bu günlə bağlı müxtəlif anım tədbirləri keçirməyi özümüzə borc bilirik.

Bu sözləri Axar.az-a Güney Azərbaycanda yaşayan milli fəal Sürgün Günəş Xordad qiyamının Anım Günündə keçirilən tədbirlər haqqında danışarkən deyib.

O, builki anım tədbrinin daha yaddaqalan olacağını bildirib:

“Milli fəallarımız xalqımızla birgə bu il fərqli Anım Günü qeyd etmək niyyətindədirlər. Bəzi yerlərdə afişalar yapışdırılıb, kütləvi çağırışlar edilib. Hazırda danışıqlar gedir, dəqiq nəticəsi olan kimi açıqlanacaq. Bəyanatlarımız olacaq. Əsas tələblərimiz sırasında qanlı cinayətdə əli olanların ifşa olunması və cəzalanmasıdır”.

Milli fəal bildirib ki, Xordad qiyamına rəvac verənlər sırasında olan Məhəmməd Əmin Fərd adlı vali hələ də cəzasız qalıb:

“İstəklərimiz sırasında Xordad qiyamında əli qana batan Məhəmməd Əmin Fərd adlı valinin ifşa olunmasıdır. Əhmədinejat dövründə məsul şəxslərdən sayılırdı. Onun göstərişinə və qərarına uyğun olaraq güc qüvvələri millətimizə atəş açdı. Əli millətimizin qanına batan rejim mənsubları artıq ifşa olunmalıdır. Molla rejimində onun cəzalanacağını heç düşünmürük də. Amma istəyirik ki, heç olmasa, internet, media və digər vasitələrin köməyi ilə dünya xalqımızın cəlladını tanısın. Milli fəallarımızın istəyi və tələbi budur. Bu günə kimi azadlıqda gəzir. Cinayətkardır, lakin cəzasız qalıb. Bu, belə davam etməməlidir. Hər kəs törətdiyi cinayətə görə cavab verməlidir”.

Təşkil edilən mərasimlərin adətən sakit keçmədiyini diqqətə çatdıran milli fəal İran təhlükəsizlik qüvvələrinin tədbirə qatılanalara təzyiq göstərdiyini, müxtəlif maneələr yaratdığını da vurğulayıb:

“Təhlükəsizlik qüvvələri hər il Anım Günlərində milli fəallarımıza basqı göstərir. Dəfələrlə tutulanlarımız olub. Onların arasında mən də olmuşam. Bizi günlərlə sorğu-sual edib, işgəncə verirdilər. Yolumuzdan döndərmək üçün başımıza bir çox bəlalar gətiriblər. Dönməmişik, dönməyəcəyik də”.

Xatırladaq ki, 2006-cı ilin may ayında “İran” qəzetində İslam Respublikasında yaşayan azərbaycanlılar "böcək" adlandırılaraq təhqir edilib. Tehran Universitetlərində təhsil alan azərbaycanlı tələbələr buna etiraz edib, dərsləri dayandırıb. Ardınca Güney Azərbaycanın müxtəlif şəhərlərində nümayişlər başlayıb və hökumət qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya göstərilib. Mayın 22-də isə Təbriz şəhərində bir neçə yüz minlik etiraz aksiyası keçirilib. Rəsmi məlumatlarda nümayişlər zamanı 4 nəfərin öldürüldüyü bildirilsə də, qeyri-rəsmi məlumatlarda öldürülən şəxslərin onlarla olduğu, 5 minə yaxın şəxsin həbs edildiyi qeyd edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər