star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

CHP-də XAOS BAŞLADI - Kılıçdaroğlu partiya üzvlərini niyə qəzəbləndirib?

CHP-də XAOS BAŞLADI - Kılıçdaroğlu partiya üzvlərini niyə qəzəbləndirib?"14 may prezident seçkilərinin nəticələrinə görə, CHP lideri Kamal Kılıçdaroğlu rəqibi Rəcəb Tayyib Ərdoğandan 4,5 xal geri qalıb. Səs sayına görə prezident Ərdoğanla Kılıçdaroğlu arasındakı fərq təxminən 2,5 milyona bərabərdir. Girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğradı".

Musavat.com xəbər verir ki, bu fikirlər Türkiyənin "Sabah" qəzetində dərc olunan məqalədə öz əksini tapıb.

Məqalədə qeyd olunub ki, seçki prosesi zamanı "yeddili koalisiya" masasından və çıxışlardan istədiyi cavabı ala bilməyən Kılıçdaroğlu koalisiya qrupunu bir arada saxlamaq üçün CHP-liləri hiddətləndirən güzəştlərə gedib. Belə ki, Kamal Kılıçdaroğlu 7 partiyalı koalisiyanın kiçik ortaqları Deva, Gələcək, Saadət və Demokrat Partiyasına verdiyi yerlərlə CHP millət vəkillərinin sayını "gülünc rəqəmlərə" endirib. Bu isə partiya üzvlərinin kəskin etirazına səbəb olub.

"Səsləri 0,1 də olmayan kiçik ortaqlara 10-10 mandat paylayan müxalifət sədri mübahisəli simaları CHP siyahılarında namizəd etməkdən də çəkinməyib. Hər fürsətdə hesab uzmanı olduğunu deyən Kamal Kılıçdaroğlu hakimiyyətdə olmaq xatirinə və bir çox fərqli qruplarla iş birliyini davam etdirmək üçün çox sayda adamı vitse-prezident və millət vəkilli postuna gətirəcəyi barədə vədlər verib və bu, CHP-ni qarışdırıb" - "Sabah" yazır.

Məqalədə vurğulanıb ki, 14 may seçkilərində milli iradə CHP-ni klassik səs nisbətinin üzərinə qaldırmadı və CHP payladığı yerlərə görə Türkiyə Böyük Millət Məclisində (TBMM) xüsusi çəkisini itirdi:

"Kılıçdaroğlunun payladığı yerlər CHP-ni TBMM-də böyük problemə salıb. Toplam 169 deputatı olsa da, seçkinin nəticələrinə görə, Gələcək, Deva, Səadət və Demokrat Partiyasına payladığı kresloların sayı 36-ya çatıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisində Kılıçdaroğlunun CHP siyasətini dəstəkləyəcək cəmi 133 deputat qalıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər