Gürcüstanda rusiyalılara ev satışı qadağan olunur

Gürcüstanda rusiyalılara ev satışı qadağan olunurGürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik layihəsini qeydə alıb.

Dəyişikliyə əsasən 2024-cü ilin sonuna qədər Rusiya vətəndaşlarına daşınmaz əmlak satışının qadağan edilməsi nəzərdə tutulur.

“Qanun layihəsində bildirilir ki, 31 dekabr 2024-cü il tarixinədək Gürcüstanda yaşamaq icazəsi olmayan Rusiya vətəndaşları tərəfindən alqı-satqı müqaviləsi və ya hədiyyə yolu ilə daşınmaz əmlak obyektlərinin alınması qadağandır.

Qeyd olunur ki, qadağa vəsiyyət əsasında daşınmaz əmlak alacaq rusiyalılara şamil edilmir.

Xatırladaq ki, Rusiya vətəndaşları Gürcüstanda 2022-ci ildə 6 mindən çox, 2023-cü ilin birinci rübündə isə 2 mindən çox mənzil alıblar.//Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər