Kılıçdaroğlu dərhal istefa verməlidir - Sevigen
Dərc olunub:
15-05-2023, 15:18
CHP lideri Kamal Kılıçdaroğlu dərhal istefa verməli və qurultayı çağırmalıdır.
Bunu CHP-dən xaric edilən Dəniz Baykala yaxınlığı ilə tanınan keçmiş dövlət naziri Mehmet Sevigen deyib.
“Prezident seçkilərində yarışını davam etdirə bilər. Amma o, partiya sədri vəzifəsindən istefa verəcək. O, onsuz da “Prezident partiyalı olarmı?” deyirdi. Prezident partiyalı olmaz, amma sən davam edirsən və etibarını itirirsən”, - Sevigen bildirib.