Sizin Reklam Burada

Sinan Oğan: Seçkilərin nəticəsini biz dəyişdik!

Sinan Oğan: Seçkilərin nəticəsini biz dəyişdik!Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Bunu bizim üçün bir uğur olaraq görürəm.

Bunu ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan deyib.

Oğan seçimlərin ikinci tura qalacağını bildirib:

“Millətimizə xeyirli olsun. Bundan sonra bizi çətin bir proses gözləyir. Bizə səs verən və bizi bu nöqtəyə gətirən hər bir vətəndaşa təbrik və təşəkkürlərimi çatdırıram. Biz çətin şəraitdə seçki işləri apardıq. Əslində gözlədiyimiz səs daha yüksək idi. Ancaq Türkiyədəki seçim şərtləri bəllidir, ona görə də bu barədə qiymətləndirməmi daha sonra verəcəm”.

Oğan qeyd edib ki, 1-2 gün ərzində ATA İttifaqının liderləri ilə iclas keçirəcək:

“Buna uyğun olaraq bir nəticə müəyyən edəcəyik. Bu nəticənin vəziyyətinə uyğun olaraq yol xəritəmizi açıqlayacağıq. Bundan sonra qarşıdakı 14-də gündə üzərimizə düşəni edəcəyik. Türkiyənin heç vaxt böhrana düşməsinə imkan verməyəcəyik. Bu seçki prosesini düzgün idarə edən biz olduq. Biz öz münasibətimizlə seçkinin nəticələrinə birbaşa təsir göstərmişik və dəyişmişik. Bu səbəbdən önümüzdəki dövrdə də bu mövqeyimizi davam etdirəcəyik və məsələ ilə bağlı millətimizin xeyrinə qərarlar verəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər