Sizin Reklam Burada

Atatürkün ruhunu şad edə bilmədim - Partiya sədri üzr istədi

Atatürkün ruhunu şad edə bilmədim - Partiya sədri üzr istədiTürkiyədə deputatlığa namizəd olan Zəfər Partiyasının sədri Ümit Özdağ mandat qazana bilməyib.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Özdağ seçicilərindən üzr istəyib.

"Hörmətli Zəfər partiyası üzvləri, Cümhuriyyətimizin 100-cü ildönümündə Atatürkün ruhunu şad edən nəticə əldə edə bilmədiyimiz və sizi zəfərə aparmadığım üçün hamınızdan üzr istəyirəm. Bəli, biz seçkiləri 2-ci tura keçirdik. Ancaq mən bu nəticəni uğur kimi görmürəm. 13 milyon qaçqının yaşadığı bir ölkədə daha çox səs toplamalıydıq. 13 milyon qaçqının ölkəsinə geri qayıtması prosesi çətinləşib. Çox çətin şəraitdə göstərdiyiniz səylərə və dəstək mesajlarına görə hamınıza təşəkkür edirəm. İkinci turda təhlükəsizlik üçün lazımi addımları atacağıq və Sinan Oğanla lazımlı addımları müzakirə edəcəyik" - partiya sədri yazıb.

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər