Sizin Reklam Burada

Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi

Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdiTürkiyədə səsvermə prosesi bitdikdən sonra səslərin sayılması davam edərkən, Məmləkət Partiyası Sinop vilayət Təşkilatı kollektiv şəkildə istefa verib.

Belə ki, partiyanın ilk əvvəl 1-ci millət vəkili namizədi Həsən Çorum, daha sonra isə partiyanın vilayət sədri Serdar Başağaoğlu istefa verdiyini açıqlayıb.

Başağaoğlu bu qərarı Muharrem İncenin istefasından sonra verdiyini bildirib.

“Hadisələr nəticəsində gördüyüm zərurətlə təyin olunduğum Sinop vilayət Başçılığından istefa verdiyimi bildirmək istəyirəm. Ümid edirəm ki, seçkilərin nəticələri xalqımız və gözəl Sinopumuz üçün faydalı olacaq”, - deyə o bildirib.

Həsən Çorum isə Muharrem İncenin seçkiləri, təşkilatlarını və millət vəkili namizədlərini yarı yolda qoyduğunu söyləyərək istefa verdiyini açıqlayıb.

Bundan sonra vilayət təşkilatından kütləvi istefa bəyanatı verilib.

Bildirilib ki, Muharrem İncenin seçkiyə 3 gün qalmış istefa verməsi partiya daxilində böyük dağıntılara səbəb olub, bu səbəbdən kollektiv şəkildə istefa qərarı alıblar:

“Bizi arxadan vuran heç kimlə bir dəqiqə də eyni dam altında olmamaq üçün vilayət təşkilatları və rayon rəhbərləri olaraq haqlarımızı halal etməyətək istefa etdiyimizi ictimaiyyətə hörmətlə bildiririk”./Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər