Ərdoğan: Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Cümhur İttifaqı qalib gəlib

Ərdoğan: Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Cümhur İttifaqı qalib gəlib"Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hazırkı nəticələrlə belə Cümhur İttifaqının qalibiyyəti ilə nəticələnib".

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.

O, hazırda parlamentdə çoxluğun Cümhur İttifaqına aid olduğunu vurğulayıb: "Xalqımızın prezident seçkilərində də seçiminin güvən və sabitlik olacağına şübhəmiz yoxdur. Seçki nəticələrinin ölkəmizə və millətimizə xeyir gətirməsini diləyirəm".

"Biz heç vaxt terrorçularla qol-qola girmədik. Diyarbəkirdə kürd qardaşlarımızın şəhid olmasının səbəbkarları ilə eyni yolla getmədik. Biz əmri ancaq Allahdan və xalqımızdan alırıq. Seçki nəticələrinin hələ də tam bilinməməsi belə rəqiblərimizdən yüksək səs çoxluğu ilə irəlidə olduğumuz gerçəyini dəyişmir. İndiyə qədər nə dediksə, bundan sonra da onu deyəcəyik. Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq. Birlikdə Türkiyə olacağıq! Bu anlayışla birlikdə qarşıdakı 5 ildə xalqımıza xidmət etməyə davam edəcəyimizə inanırıq", - Ərdoğan vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər