Seçkiyə saatlar qaldı: kim öndədir? – Ən son sorğu

Seçkiyə saatlar qaldı: kim öndədir? – Ən son sorğu“Areda” və “Asal” araşdırma mərkəzləri Türkiyədə seçkiqabağı keçirdikləri son sorğunun nəticələrini açıqlayıb.

Avrasiya.net xəbər verir ki, “Areda”nın mayın 11-12-də keçirdiyi sorğuda 25 min nəfər iştirak edib.

Məhərrəm İncənin namizəndliyini geri götürməsindən sonra keçirilən sorğuda iştirak edənlərin 51,3 faizi hazırkı prezident Rəcəb Tayyib Ərdoğana, 44,2 faizi CHP lideri Kamal Kılıçdaroğluna, 4 faizi isə ATA İttifaqından Sinan Oğan səs verməyə hazır olduğunu bildirib.

“Asal”ın araşdırması isə 10-12 may tarixlərində 2000-dən çox şəxsin iştirakı ilə aparılıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin 50,6 faizi Ərdoğanı, 46,3 faizi Kılıçdaroğlunu dəstəkləyəcək.

Qeyd edək ki, sabah Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq. Əgər namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər