Ukraynada həlak olan azərbaycanlıların sayı AÇIQLANDI

Ukraynada həlak olan azərbaycanlıların sayı AÇIQLANDIBu gün Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Xatirə Lövhəsi açılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün “Facebook” hesabında yazıb.

Qeyd olunub ki, açılış mərasimində həlak olanların ailələri, həmçinin Ukrayna səfirliyinin, diasporunun, digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak ediblər.

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar. Bu gün bizə torpaqlarımızın rus işğalçılarından azad edilməsi uğrunda həlak olan 26 Azərbaycan igidinin adı məlumdur”, - səfir yazıb.

Diplomat həmçinin əlavə edib ki, Ukraynanın azadlığı uğrunda həlak olan həmvətənlərimizin xatirəsini əbədiləşdirmək üçün onların həyatı və döyüş yolundan bəhs edəcək sənədli filmin çəkilişi planlaşdırılır, materialların toplanması üzrə hazırlıqlara başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər