Azərbaycan hücumdadır, dayanmayacaq - Naumov

Azərbaycan hücumdadır, dayanmayacaq - NaumovMünaqişə həll olunmayanda və onun zonasında silahlı insanlar olanda, gec-tez atəş açacaq.

Bunu rusiyalı politoloq Aleksey Naumov son günlər Ermənistanın təxribatı ilə bağlı açıqlamasında deyib.

"Aydındır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan qeyri-mütəşəkkildir və mərkəzsizləşib. Səhra komandirləri, silahlı dəstələrin heç də hamısı Nikol Paşinyana tabe deyil. Danışıqlar prosesində ləngimənin davam etdiyini görürük. Amma Azərbaycan ən ağır şəraitə baxmayaraq, santimetr-santimetr, metr-metr öz ərazi bütövlüyünün tam bərpasına yaxınlaşır. Amma yenə də Ermənistanın istəyi olmadan sülh sazişi mümkün deyil. Açığı, əsas problem Azərbaycan və Ermənistanın İrəvanın mövqeyi səbəbindən danışıqlarda ciddi irəliləyiş əldə edə bilməməsidir. Azərbaycan indi diplomatik, hücum oyunu oynayır və bu sürəti azaltmaq niyyətində deyil. Azərbaycan üçün əsas nəticədir. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycan üçün böyük nəticədir. Ermənistanın əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq, Azərbaycan öz məqsədlərinə çatır”, - politoloq bildirib.

Naumovun sözlərinə görə, Azərbaycan gözləyir ki, vasitəçilər Ermənistanı vəziyyəti həll etmək üçün yeganə mümkün variantı götürməyə məcbur etsin, lakin Bakı heç kimdən asılı olmayaraq hər zaman hərəkətə keçməyə hazırdır:

“Normallaşmanın real ssenarisi Azərbaycanın bütün torpaqları üzərində nəzarəti bərpa etməsidir. Belə də olacaq. Hesab edirəm ki, vəziyyətin həllində əsas məqam Rusiya sülhməramlılarının beş illik mandatının başa çatmasıdır. Bu vaxta qədər Ermənistan ya sülh yolu ilə bağlı öz üzərinə düşəni edəcək, ya da təzyiq altında bunu etməli olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər