Namizədlikdən çəkilmək fikrimiz yoxdur - İncenin vəkili

Namizədlikdən çəkilmək fikrimiz yoxdur - İncenin vəkiliTürkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncenin vəkili Fidel Okan müvəkkilinin namizədlikdən çəkiləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Vəkil "Sputnik Türkiye"yə bu barədə danışıb.

"Namizədlikdən çəkilmək gündəmimizdə yoxdur. Dünən axşam partiya sədrinin müavini ilə uzun-uzadı telefon danışıqlarımız oldu, İnce ilə danışa bilmədim, çünki səhhəti o qədər də yaxşı deyildi. Lakin əminliklə deyə bilərəm ki, bizim geri çəkilmək kimi fikrimiz yoxdur. Bu iddiaların haradan gəldiyini bilmirəm. Partiyamızın sözçüsü yayılan məlumatları tamamilə təkzib edib", - deyə o söyləyib.

Qeyd edək ki, dünən İncenin yaxın günlərdə prezidentliyə namizədliyini geri götürəcəyi barədə məlumatlar yayılmışdı. Müxalifət tez-tez Muharrem İnceni səsləri böldüyü üçün tənqid edir və namizədliyini geri götürərək "Millət İttifaqı"nın vahid namizədi, əvvəllər üzvü olduğu CHP-nin sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə çağırır.

Bu gün İncenin partiyasının qərargahında yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 15:00-da) ictimaiyyətə müraciəti gözlənilir. Onun haqqındakı iddialar və namizədliyini geri çəkmək məsələsi haqqında danışacağı bildirilir.

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər