Rusiyadan Gürcüstana uçuşlar nə vaxt başlayır?
Rusiya şirkətləri gələn həftədən Gürcüstana uçuşlara başlaya bilər.
Bu barədə Rusiya hökumət xəbər agentliyi "Ria" məlumat yayıb.
Agentliyin əldə etdiyi məlumata görə, “Gələn həftə Rusiyadan Gürcüstana uçuşların başlaması planlaşdırılır”.
Rusiya Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, yerli təyyarələrlə Moskvadan Tbilisiyə həftədə 7 dəfə birbaşa uçuşun həyata keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb. Putinin sərəncamına əsasən, mayın 15-dən viza rejimi ləğv ediləcək və Gürcüstan vətəndaşları Rusiya ərazisində 90 günə qədər vizasız qala bilərlər. Bundan əlavə, Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı aradan qaldırıb.
