Türkiyənin Vəqflər Baş İdarəsinin rəhbəri QHT rəhbərləri ilə görüşüb

Türkiyənin Vəqflər Baş İdarəsinin rəhbəri QHT rəhbərləri ilə görüşübQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.

Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu Azərbaycan nümayəndə heyətini salamlayıb, qurumun fəaliyyəti haqqında məlumat verib. Qurum olaraq Azərbaycanla sıx əməkdaşlığa, birgə fəaliyyətə daim önəm verdiyini bildirən S.Aksu Vəqflər Baş İdarəsi və Agentlik arasında işgüzar münasibətlərin daha da inkişafına ehtiyac olduğunu bildirib. Çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun məsul əməkdaşı Əli Pənahov Azərbaycan və Türkiyə Respublikalarının dostluğundan, tarixi əlaqələrin inkişafından bəhs etmiş və bu qardaşlığın bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti ilə münasibətlərdə də daim ön planda olduğunu bildirmişdir. Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva səmimi görüş üçün təşəkkür edib, qurumlararası münasibətlərin daha da möhkəmlənməsi və birgə əməkdaşlıq üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və Vəqflər Baş İdarəsinin əməkdaşlarının da iştirakı ilə müzakirələr aparılıb.

Daha sonra 44 günlük şanlı Vətən müharibəsi şəhidlərinin övladlarının çəkdiyi rəsmlər əsasında hazırlanan hədiyyə Sinan Aksuya təqdim olunub. Sinan Aksu isə Vəqflər Baş İdarəsinin adından xüsusi hazırlanmış Quranı-kərimi Azərbaycan nümayəndə heyətinə təqdim edib.

İşgüzar görüşün sonunda Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə töhfə verəcək və özündə müştərək fəaliyyəti, gələcək əməkdaşlığı, birgə layihələri əks etdirən “Anlaşma Memorandumu” imzalanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər