İlin sonuna kimi... - Kissincerdən Ukrayna ilə bağlı PROQNOZ

İlin sonuna kimi... - Kissincerdən Ukrayna ilə bağlı PROQNOZÇinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüsü 2023-cü ilin sonunadək danışıqlar prosesinin başlanmasına səbəb olacaq.

Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 illik yubileyi ərəfəsində CBS telekanalına müsahibəsində deyib.

“İndi Çin danışıqlar prosesinə daxil olduğu üçün hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesindən və hətta real danışıqlardan söhbət edə biləcəyik”, - deyə Kissincer bildirib.

Siyasətçi "ABŞ prezidenti xahiş etsəydi, Vladimir Putinlə danışıqlar üçün Moskvaya gedərdinizmi?" sualını da cavablandırıb. Kissincer prezidentin müşaviri statusunda gedə biləcəyini qeyd edib.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər