Rusiyada azərbaycanlı qardaşlar həbs olundu

Rusiyada azərbaycanlı qardaşlar həbs olunduMayın 5-də Moskva məhkəməsi rusiyalı basketbolçu Aleksey Şvedi döyməkdə şübhəli bilinən üç nəfəri həbs edib.

Avrasiya.net Oxu.az-a istinadən 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin Əmirslanov və 19 yaşlı Qleb Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndəriliblər. Təqsirləndirilən şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.

Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən verilən məlumata görə, artıq iş üzrə şübhəli bilinən dördüncü şəxs də saxlanılıb. Bu, Ramzin Əmirslanovun sürücüsü Yusifdir.

Qeyd edək ki, mayın 2-də MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şved restoranda səs-küy salan bir qrup şəxsə irad bildirib. Bunun ardından başlanan dava nəticəsində o xəsarət alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər