Davutoğlunun partiyasından 300 nəfər istefa verdi - AKP-yə keçdilər

Davutoğlunun partiyasından 300 nəfər istefa verdi - AKP-yə keçdilərTürkiyənin sabiq baş naziri və XİN başçısı Ahmet Davutoğlunun sədri olduğu Gələcək Partiyasından 300 nəfər istefa verib.

Türkiyə mətbuatı xəbər verir ki, kütləvi istefa partiyanın Ərzurum vilayətindəki yerli təşkilatında baş verib.

Həmin şəxslər hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv yazılıblar. AKP-yə üzvlüklə bağlı döş nişanının təqdim olunma mərasimi təşkil olunub. Gələcək Partiyasının Gənclər Təşkilatının Ərzurum üzrə nümayəndəsi Muhammet Fırat Kırbaç da AKP-yə keçənlərin arasında olub.

Qeyd edək ki, 2016-cı ilin mayında baş nazir vəzifəsini və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyini tərk edən A.Davutoğlu 2019-cu ildə Gələcək Partiyasını qurub. Hazırda müxalifətdəki "Millət İttifaqı"na daxil olan partiya 14 may seçkilərində prezidentliyə vahid namizəd kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunu dəstəkləyir. Gələcək Partiyasının deputatlığa namizədləri isə (ümumilikdə 19 nəfər) CHP-nin proporsional siyahısından seçkilərə qatılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər