ABŞ İranın qarşısını almaq üçün İsraillə işləyir

ABŞ İranın qarşısını almaq üçün İsraillə işləyirABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək niyyətindədir.

Bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

"Bəli, biz İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcəyik", - deyə Sallivan açıqlayıb.

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərini fundamental sınaq gözləyir: "İran nüvə silahına malik ola bilməz. Bu gün o, yoxdur və gələcəkdə də icazə verilə bilməz".

Sullivan həmçinin ABŞ-nin hələ də İranın nüvə proqramına diplomatik həll yolları axtardığını vurğulayıb və Trampın 2018-ci ildə İranın nüvə sazişindən çıxmaq qərarından təəssüflənib.

Ağ Evin müşaviri bildirib ki, Vaşinqton İranın silah inkişaf etdirməməsi üçün müttəfiqləri, o cümlədən İsraillə işləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər