Ukraynada Hikmət Cavadova yeni vəzifə verildi

Ukraynada Hikmət Cavadova yeni vəzifə verildiUkrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynada yüksək vəzifəyə təyin olunub.

Hikmət Cavadov Ukrayna Ali Radası sədri Ruslan Stefançukun müşaviri təyin edilib.

Qeyd edək ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.

Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretski adına Dövlət və Hüquq İnstitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcələrini alıb.

Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir.

Elmi işlərlə yanaşı ictimai fəaliyyətlə məşğul olan H.Cavadov 2005-2012-ci illərdə Ukraynada "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının rəhbəri olub, 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adlı ümumukrayna ictimai təşkilatının sədridir.

2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukraynada diaspor mərkəzinin baş koordinatoru vəzifəsini icra edib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Hazırda Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun katibi vəzifəsini icra edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər