star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İranın terrorçu hökumətinə qarşı… - Bəyanat

İranın terrorçu hökumətinə qarşı… - Bəyanatİranda öz müqəddəratını təyinetmə hüququ uğrunda Millətlər Cəbhəsinin konfransında yekun bəyanat qəbul olunub. Konfrans Brüsseldə, aprelin 27-də keçirilib. İştirakçılar İranın beynəlxalq qanunlara məhəl qoymadığını, xalqların fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıblar.

Bu sözləri Axar.az-a Qeyri-fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım deyib.

O, bəyanatda qeyri-fars millətlərin hüquq və azadlıqlarının pozulması ilə bağlı bir sıra məsələlərin öz əksini tapdığını diqqətə çatdırıb:

“İranda yaşayan qeyri-fars millətlər illərdir demokratiya və öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparır. Bu yolda minlərlə insan öldürülüb, yüz minlərlə insan həbs olunub. Lakin işğalçı fars rejiminin qanunsuz əməllərinə dünya ictimaiyyəti göz yumub, millətlərin pozulan hüquqları ilə bağlı heç bir reaksiya verilməyib. Bu konfransı İranda yaşayan millətlərin azadlıq tribunası hesab edən iştirakçılar qeyd ediblər ki, qeyri-fars millətlərin əzəli torpaqları şah və indiki islam respublikası tərəfindən işğal olunub. İşğalçılar qeyd-şərtsiz bu ərazilərdən çıxmalıdır. Həmçinin, qeyri-fars millətlərə qarşı aparılan aparteid siyasəti dayandırılmalı və millətlərin öz taleyini təyin etmək üçün referendum keçirilməlidir”.

O vurğulayıb ki, bəyanatda demokratiya, bərabərlik və insan haqları kimi dəyərlərin bir-birindən ayrıla bilməyəcəyi qeyd olunub:

“Millətlər Cəbhəsi işğalçı İranın terrorçu hökumətinin nüvə və raket proqramını dərhal dayandırılmasını istəyir, islam respublikasının qonşu ölkələrdəki müdaxiləçi, ekspansionist və terror siyasətini qınayır, İranın işğalçı hökumətindən Rusiyaya silah və hərbi yardım göndərilməsini dayandırmağı tələb edir, SEPAH və ona bağlı qüvvələrin Suriya, Yəmən, Livan və İraqın qonşu ölkələrində xalqların öldürülməsində iştirakını qəbuledilməz sayır”.

Həmçinin, İranın cəsus yuvası olan səfirliklərinin bağlanması və səfirlərinin çıxarılmasının vacibliyi də bəyanatda öz əksini tapıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər