Rusiya Ukraynaya 400 min döyüşçü göndərir

Rusiya Ukraynaya 400 min döyüşçü göndərir2023-cü il ərzində Rusiya 400 min hərbçisini Ukraynadakı döyüşlərə cəlb etmək istəyir.

Bu barədə "The Washington Post" məlumat yayıb.

"Rusiyanın hərbi rəsmiləri geniş ictimaiyyətin qəzəbinə səbəb olmadan Ukraynadakı müharibəyə yüz minlərlə əsgər cəlb etməyə çalışır. Lakin bu cür plan ölkədə getdikcə kəskinləşən hərbçi çatışmazlığından narahat olan digər hökumət nümayəndələrinin etirazına səbəb olur”, - nəşr yazıb.

Qeyd edək ki, kəşfiyyat məlumatlarına görə, Ukraynadakı rus qruplaşmasının döyüş meydanında 50 min, ehtiyatda isə 40 min əsgəri çatışmır.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarında yaydığı məlumata əsasən, Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 188 920 nəfərə çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər