Son sutkada Baxmutda “Vaqner”in 50 döyüşçüsü məhv edilib
Dərc olunub:
25-04-2023, 13:02
Son sutkada Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının 50 üzvü məhv edilib.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Bununla da, Rusiyanın Ukraynada itirdiyi hərbçi sayı 187 770-ə yüksəlib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ötən gün Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına start verildiyini açıqlayıb.
Murad Mehdizadə