Azərbaycan İsraildən iki peyk alır - 120 milyon dollara...

Azərbaycan İsraildən iki peyk alır -İsrailin "Aerospace Industries" şirkəti Azərbaycana ümumi dəyəri 120 milyon dollar olan iki peyk satacaq.

Avrasiya.net xəbər verir ki, məlumatı İsrailin xarici işlər naziri Eli Kohen "Times of Israel" qəzetinə müsahibəsində təsdiq edib.

Aprelin ortalarında Bakıya və Aşqabada səfərini şərh edən Kohen deyib ki, Azərbaycan peyk almaq üçün İsrail şirkətini seçib.

"Lakin deməliyəm ki, daha mühüm razılaşma Azərbaycana suyun duzsuzlaşdırılması üçün istifadə edilən qurğuların satışıdır. Bundan əlavə, Bakıya səfər İsraildə səfirlik açdıqlarına görə minnətdarlığımızı ifadə etmək məqsədi daşıyırdı”, - nazir qeyd edib.

Xatırladaq ki, aprelin 18-də Kohen Azərbaycana səfər edib. İsrailli nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, XİN başçısı Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüş zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb, daha sonra önəmli sənədlər imzalanıb. Məlumata görə, Eli Koheni Bakı səfərində kibertəhlükəsizlik, təhlükəsizlik, su idarəetməsi və kənd təsərrüfatı sahələri üzrə 20 İsrail şirkətinin nümayəndələri müşayiət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər