Erməni icmasının sədrini Tiflisdə döydülər
Dərc olunub:
22-04-2023, 12:59
Ötən gün axşam saatlarında Tiflisdə “Gürcüstan Erməni İcması”nın sədri Artur Mirzoyanı döyüblər.
Avrasiya.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Mirzoyan özü iddia edib.
O bildirib ki, ona hücum edənlər maskada olub:
“Mənim ofisimlə evimin arası 200 metrdir. Mən ofisdən evə gələrkən 3 nəfər mənə hücum etdi. Əvvəlcə iki nəfər yaxınlaşdı ki, mənim Artur olduğuma əmin olsun. Qaçmağa çalışdım, ancaq onlar məni döydülər və mən yerə yıxıldım”, - o bildirib.
Mirzoyan onu ağır şəkildə döydüklərini vurğulayıb. İddia edib ki, döyülməsinə səbəb qondarma erməni soyqırımı ilə bağlı prosesdir.
O, 24 apreldə (qondarma soyqırım günü) Türkiyə səfirliyi önündə yürüşə çağırış edib.
Son xəbərlər
